Sumqayıtda Türkiyə vətəndaşından 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

13:42 20 Yanvar 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 13:40 ]


Bakı. Fuad Cəfərov -APA. Azərbaycanda iki nəfərdən külli miqdarda narkotik vasitə götürülüb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Əlif Əliyevdən 9 kiloqram 500 qram marixuana götürülüb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən yanvarın 18-də narkotik vasitə ilə tutulan Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferinin Sumqayıt şəhərində yaşadığı mənzilə baxış zamanı 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkarlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR