Nazirlik uşaqları sevindirdi ( FOTO)

Nazirlik uşaqları sevindirdi ( FOTO)
16:26 25 Dekabr 2014
211 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyinin təşkilatçılığı ilə E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

ANS PRESS-in məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin nümayəndələri və 30-dan çox media qurumunun təmsilçisi iştirak edib.

Media nümayəndələri və qonaqlar fənn kabinetlərinə, emalatxanalara baxıb, şagirdlər üçün yaradılmış tədris və məişət şəraiti ilə yaxından tanış olublar.

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb.

1979-cu ildə fəaliyyətə başlayan məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilib.

Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib.

Hazırda məktəbdə nitqi qüsurlu olan 173 nəfər uşaq təlim-tərbiyə alır. Müəssisədəki uşaqların təlim tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=316255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR