Bakıda evinə hücum edən maskalılardan birini yaxaladı

Bakıda evinə hücum edən maskalılardan birini yaxaladı
13:52 20 Yanvar 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Xəzər rayonunun Buzovna qəsəbəsində Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girmiş 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib, pul və qızıl əşyalar verməsini tələb edib, müqavimətlə rastlaşdığından hadisə yerini tərk edərkən N.Kərimov onlardan birini tutub, hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib və hadisəni 3 nəfərlə birgə törətməsini etiraf edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə basqınçılardan R.İsgəndərov da tutulub, digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR