Şəhidlərimiz xalqın qəlbində əbədi yaşayırlar

Şəhidlərimiz xalqın qəlbində əbədi yaşayırlar
13:58 20 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc 
Yanvarın 20-də Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına gələn minlərlə insan arasında inşaatçı Vahid Əhmədov da vardı.
V. Əhmədov AzərTAc-a müsahibəsində bildirib ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətinə və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığına baxmayaraq xalqımız müstəqillik uğrunda apardığı mübarizədən dönmədi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. O vaxt bu hadisələrə ümummilli liderimiz Heydər Əliyev sərt münasibət bildirib, ölkəmizin haqq səsini ilk dəfə dünyaya çatdırıb. Məhz Ulu Öndərimizin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilib.
Vahid Əhmədov qeyd edib ki, şəhidlərimiz xalqın qəlbində əbədi yaşayırlar. Onların rəşadəti gələcək nəsillər üçün əsl vətəndaşlıq məktəbidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR