Gəncədə quldurluğa görə saxlanılan şəxslərin daha bir cinayətdə əli olduğu müəyyənləşib

14:02 20 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 13:56 ]


Gəncə. Azər Məmmədli – APA. Gəncədə quldurluq edən 2 nəfərin daha bir cinayətdə iştirak etdikləri məlum olub.

 

APA-nın qərb bürosunun məlumatına görə, bir neçə gün əvvəl Gəncə şəhər sakini Səidə Həmzəyevaya qarşı quldurluq etdiklərinə görə saxlanılan 1990-cı il təvəllüdlü Tural Qələndərov və 1991-ci il təvəllüdlü Nicat İsmayılov ətrafında keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, onlar yanvarın 10-da şəhər sakini, 1974-cü il təvəllüdlü Mahir Zeynalovun Yeni Gəncə qəsəbəsində yerləşən mənzilinə 9 mərtəbəli binanın damından kəndirlə düşməklə daxil olaraq oradan 300 manat dəyərində televizor, 200 manat dəyərində “Domafon” videoqurğusunu oğurlayıblar. Keçirilən tədbir nəticəsində sözügedən əşyalar maddi sübut kimi saxlanılan şəxslərdən götürülüb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR