"Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva" (FOTO)

"Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva" (FOTO)
14:03 20 Yanvar 2015
98 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycan və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsi, Gürcüstan Tələbələri İttifaqının təşkilatçılığı ilə Praqanın məhşur Luçerna sarayında “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərginin açılış mərasimi keçirilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, 19 yanvar - 2 fevral 2015-ci il tarixi boyunca davam edəcək sözügedən sərgi qeyd olunan ölkələrin müstəqillik mübarizəsinin yatırılması məqsədilə keçmiş Sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş amansız cinayətlərin işıqlandırılmasından bəhs edir. Sərgidə, həmçinin 1990-cı ilin 20 yanvar tarixində Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq məlumat vərəqləri tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.

Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, habelə Gürcüstan və Litva səfirliklərinin nümayəndələri çıxış edib və sözügedən hadisələrlə bağlı öz xatirələrini bölüşüblər. F.Şəfiyev 20 Yanvar faciəsi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verərək, bu faciənin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, onun öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu qeyd edib.

Sərginin açılış mərasimində Çexiyada akreditə olunmuş diplomatik korpusun, yerli icitimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib.

Sərgidə fəal iştirakı ilə seçilən Azərbaycan Tələbə Şəbəkəsi təşkilatının Çexiya üzrə nümayəndəsi Eldar Vəliyev 20 Yanvar faciəsi haqqında təbliğat işlərinin Praqada davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR