Atamla fəxr edirəm!

Atamla fəxr edirəm!
14:03 20 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AzərTAc 
Mən atamla fəxr edirəm. O, Azərbaycanın müstəqilliyi, azadlığı yolunda şəhid olub. Bu gün azad, firavan yaşamağımızda 20 Yanvar şəhidlərinin, o cümlədən atam Zahid Abdullayevin rolu böyükdür.
Bu sözləri Xaçmazdan olan 20 Yanvar şəhidi Zahid Adbullayevin oğlu Tural Abdullayev AzərTAc-a müsahibəsində söyləyib. Şəhid oğlu deyib: “Atam şəhid olanda mən beş aylıq körpə olmuşam. Anam söhbət edir ki, atam zavodda fəhlə işləyib. Həmin gün o, da iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar sırasında olub. Gecə evə qayıtmayıb. Anam səhər onun şəhid olduğunu öyrənib. Dediyinə görə, atamı güllə ilə başından vurublar. Hazırda mənim 25 yaşım var. İndi anlayıram ki, həmin gecə atılan güllə atamı öldürə bilməyib. O, Azərbaycan xalqının qəlbində daim yaşayacaq.”
20 Yanvar şəhidi Zahid Adbullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Bakı Elektrik Maşınqayırma Zavodunda fəhlə işləyən Zahid Abdullayev iş yoldaşı Zeynəb ilə ailə qurmuşdu. İki oğul, bir qız atası idi.
Şəhid Zahid Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Atamla_fexr_edirem-826050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR