Leyla Yunus kimdir ki?

Leyla Yunus kimdir ki?
14:06 20 Yanvar 2015
180 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ədliyyə Nazirliyi sistemində, Penitensiar xidmətdə məhkumların saxlanması ilə bağlı heç bir problem ola bilməz”.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov deyib.

O bildirib ki, məhkumların saxlanma qaydalarına riayət olunur, onlar özlərini yaxşı hiss edirlər. H.Əlixanov məhkumların yaxşı saxlanmasının onları yenidən cinayətə sövq edə biləcəyindən ehtiyat edib.

Rəis müavini Leyla Yunusla bağlı iddialara da aydınlıq gətirib. O qeyd edib ki, Leyla Yunusun iradları da şəffaflığın nəticəsidir:

"İfadələri yalan da olsa, düz də olsa hamısı aşkarlıqdadır. Bu da onu göstərir ki, tam demokratiyadır. Leyla Yunusu və onun kimilərini cəmiyyət yaxşı tanıyır. Leyla Yunus kimdir ki, onu Amerikada tanıyıb, hansısa mükafata layiq görsünlər? Bu o deməkdir ki, onlar hansısa ölkənin agentləridir",- deyə H.Əlixanov söyləyib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR