Fərhad Əliyevin qardaşı vəfat etdi

Fərhad Əliyevin qardaşı vəfat etdi
14:06 20 Yanvar 2015
451 Ölkə
Ölkə mətbuatı
A- A+

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin kiçik qardaşı Südeyif Əliyev ötən gecə ürək tutmasından vəfat edib.

ANS PRESS-in İslamazeri.az saytına istinadla verdiyi məlumata görə, mərhum dünən səhər saatlarında özünü yaxşı hiss etsə də, sonradan ürəyində ağrıların hiss etdiyini bildirib.

Daha sonra özünü yaşadığı evlərinin yaxınlığında yerləşən Alar kənd tibb məntəqəsinə çatdırıb. Ancaq o, elə xəstəxananın həyətində dünyasını dəyişib.

Mərhum S.Əliyev iki övlad atası imiş.

46 yaşlı Südeyif Əliyev bu gün Cəlilabadda Alar kəndinin məzarlığında dəfn ediləcək.

Allah rəhmət eləsin!
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR