Bakıda maskalılar evə basqın etdi

Bakıda maskalılar evə basqın etdi
14:06 20 Yanvar 2015
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda mənzillərindən birinə basqın olub.

Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yanvarın 19-da Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib.

Nazim Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girmiş 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib pul və qızıl əşyalar verməsini tələb edib. Müqavimətlə rastlaşdıqlarından maskalı şəxslər hadisə yerini tərk ediblər. Bu zaman N.Kərimov onlardan birini tutub hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib və hadisəni 3 nəfərlə birgə törətməsini etiraf edib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.İsgəndərov tutulub. Digər şəxslərin tutulması üçün tədbirlər davam etdirilir.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR