I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılardan ikisinin adı açıqlandı

16:27 25 Dekabr 2014
122 İdman
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 16:21 ]



Bakı – APA. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək ilk idmançıların adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, iyunun 12-28-də baş tutacaq yarışın güllə atıcılığı növündə ölkəmizin idman şərəfini 2 snayper qoruyacaq.

 

Bunlar İradə Aşumova və Ruslan Lunyovdu. Afina-2004-ün bürünc medalçısı olan Aşumova Avropa Oyunlarında 2 növdə dəqiqliyini yoxlayacaq. Eyni zamanda, komandamızın baş məşqçisi olan snayper 10 m məsafəyə pnevmatik, 25 m məsafəyə kiçikçaplı tapançadan atəş açacaq.

 

Aşumovadan fərqli, Lunyov 10 m, 25 m və 50 m məsafədən hədəfi nişan alacaq.

 

Qeyd edək ki, güllə atıcılığı üzrə yarışlar 16-22 iyunda olacaq. Burada qalib gələcək idmançılar birbaşa Rio-de-Janeyro-2016-da iştirak etmək hüququ qazanacaqlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR