20 Yanvar xalqımızın haqq səsini ucaltdığı, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir

20 Yanvar xalqımızın haqq səsini ucaltdığı, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir
14:08 20 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Tərgül Ağayeva, AzərTAc
20 Yanvar xalqımızın haqq səsini ucaltdığı, cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Bakı şəhər sakini Şəfiqə Əlizadə AzərTAc-a müsahibəsində deyib.
Ş.Əlizadə bildirib ki, gənclərimiz bu günü daim örnək olaraq xatırlamalı, tariximizin qan yaddaşına yazılmış 20 Yanvar faciəsini unutmamalıdırlar.
Biz 20 Yanvarı milli matəm, hüzn kimi qeyd edirik, həm də o müdhiş gecəni iftixar hissi ilə xatırlayırıq. Məhz xalqımızın yenilməzliyi, Vətənə, torpağa sədaqəti, azadlıq uğrunda mübarizə əzmi sayəsində müqəddəs arzumuza çatdıq – azadlığımıza qovuşduq. Torpaqlarımızın azad olunması uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_xalqimizin_haqq_sesini_ucaltdigi_cesaret_numayis_etdirdiyi_serefli_bir_tarixdir-826053

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR