Şəhidlərimizi heç zaman unutmayacağıq

Şəhidlərimizi heç zaman unutmayacağıq
14:13 20 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AzərTAc
Biz Azərbaycanın suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərini heç vaxt unutmayacağıq.
Bu sözləri Ağdam rayonundakı “Şəhidlər” abidə kompleksini ziyarətə gəlmiş Qaradağlı kənd sakini Rizvan Zeynalov AzərTAc-a müsahibəsində deyib. Bildirib ki, sovet ordusu tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qırğın xalqımızın müstəqillik əzmini, azadlıq mübarizəsini qıra bilmədi. Silahlı sovet ordusunun qarşısına əliyalın çıxan qəhrəman oğul və qızlarımız Vətənin azadlığını öz canlarından əziz tutdular.
Allah şəhidlərimizə rəhmət etsin!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR