Sabahın hava proqnozu

Sabahın hava proqnozu
14:21 20 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 21-də ölkədə mülayim hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq, səhər bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim şimal-qərb küləyi cənub küləyi ilə əvəzlənəcək.

Bakı və Abşeron yarımadasında temperatur gecə 0-2, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR