Azərbaycanda polis döyülüb

Azərbaycanda polis döyülüb
14:21 20 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə bir qrup şəxs polisi döyüb.

ANS PRESS-in Daxili İşlər Nazirlıiyinə istinadla verdiyi məlumata görə, hadisə yanvarın 19-da saat 20 radələrində Şəki şəhərində baş verib.

Şəxsiyyəti məlum olmayan 3 nəfər şəhər sakini Akif Zamanovu döyərkən yaxınlıqda olan ŞRPŞ Post-Patrul Xidməti Taqımının əməkdaşı, polis serjantı Famil Səmədov (xidmətdən kənar vaxtı) özünü təqdim edərək onları intizama dəvət edib.

Lakin həmin şəxslər tabeçilik göstərməyib və polis serjantı F.Səmədova fiziki zor tətbiq ediblər.

Daha sonra F.Səmədov xəstəxanaya yerləşdirilib. Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Baqiyev və Fuad Babayev tutulub. Əvvəllər məhkum olunmuş Natiq Rəhimov müəyyən edilib.

V.Baqiyevin və F.Babayevin orta dərəcəli sərxoş vəziyyətdə olmaları müəyyən edilib.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR