“Geo Strategiya” jurnalının növbəti nömrəsi nəşr olunub

14:23 20 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
“Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzinin təsisçisi olduğu “Geo Strategiya” jurnalının növbəti nömrəsi nəşr edilib.
AzərTAc xəbər verir ki, jurnalın bu nömrəsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsi ilə açılır. “2014-cü ilin yekunları qarşıdan gələn 2015-ci ilə nikbinliklə baxmağa tam əsas yaradır” sərlövhəli müsahibədə ötən ildə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən ölkəmizin sosial-iqtisadi inkişafından, enerji strategiyasından bəhs edilir. Xarici siyasət sahəsində qazanılan nailiyyətləri də dəyərləndirən Əli Həsənov qeyd edir ki, ölkəmiz 2014-cü ildə beynəlxalq aləmdəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, üzv və tərəfdaş olduğu beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əlaqələrini dərinləşdirib. Müsahibədə ötən il ölkənin ictimai-siyasi həyatında baş verən əlamətlər hadisələrlə yanaşı, 2015-ci ildə yürüdüləcək siyasətin əsas istiqamətlərindən də bəhs olunur.
Jurnalın bu sayında geostrategiyanın bir sıra aktual problemlərinə toxunulub, bununla bağlı şərhlər və maraqlı mülahizələr yer alıb.
“Aspekt” bölməsindəki “Müasir dünya durumunda Azərbaycanın aktual problemləri” sərlövhəli məqalədə ölkəmizin yeritdiyi müstəqil siyasətdən və dünya dövlətlərinin buna reaksiyasından bəhs olunur. Məqalənin müəllifi tarix üzrə fəlsəfə doktoru İbrahim Əliyev bildirir ki, müstəqil, sivil, demokratik quruluşa malik, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində fəaliyyət göstərən Azərbaycanın bu siyasəti bəzi dünya nəhənglərinin planlarına və prinsiplərinə uyğun gəlmir. Buna görə də ölkəmizə qarşı qərəzli, ikili standartlar siyasəti yürüdülür.
Oxucular jurnalın bu nömrəsində, həmçinin siyasi elmlər fəlsəfə doktoru Elnur Hacalıyevin “Modernləşmənin mahiyyəti və xarakterik xüsusiyyətləri”, tarix üzrə fəlsəfə doktoru A.B Təhməzovanın “Azərbaycan Respublikasının enerji diplomatiyasının imperativləri”, filologiya üzrə fəlsəfə doktoru Ziyafət Həbibovanın “Mədəniyyət, sivilizasiya və insanın sosiomədəni inkişafının variativliyi”, siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadənin “Sosial transformasiya prosesində KİV-in funksiyaları” sərlövhəli məqalələri ilə tanış ola bilərlər.
Jurnalda ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanovanın, tarix üzrə fəlsəfə doktoru Ramil Ağayevin və başqalarının araşdırma xarakterli analitik yazıları da dərc edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR