Tural Abbaslı: “Arif Hacılı hələ də Müsavat Partiyasının strukturlarına keçirilən seçkilərə qrup savaşı kimi baxır”

Tural Abbaslı: “Arif Hacılı hələ də Müsavat Partiyasının strukturlarına keçirilən seçkilərə qrup savaşı kimi baxır”
16:32 25 Dekabr 2014
96 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 16:29 ]

Bakı. Etibar Məmmədov – APA. “Mən və tərəfdarlarımın heç biri dekabrın 27-də Müsavat Partiyasının istər Divanına, istər Məclisinə, istərsə də Məclis sədrliyinə keçiriləcək seçkilərdə namizədliyimizi irəli sürməyəcəyik”.

Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı partiya Məclisinin və Divanının boş qalan yerlərinə keçiriləcək seçkilərə münasibət bildirərkən deyib.

 

T. Abbaslının sözlərinə görə, hazırda Müsavatda seçkilər formal xarakter daşıyır: “Bundan qabaqkı iki seçkidə iştirak etdik və partiyadaxili barışıq mühitinin yaradılmasına çalışdıq. Amma təəssüf olsun ki, Arif Hacılı hələ də bu seçkilərə qrup savaşı kimi baxır. Yəni, seçkilərə partiyadaxili qrupların savaşı fonunda yanaşır, partiyanın güclənməsi, bütövləşməsi istiqamətində deyil, öz qrupunun daha çox təmsilçilik qazanması uğrunda yarışı davam etdirir”.

 

T. Abbaslı qeyd edib ki, hazırda Məclis üzvlərinin əksəriyyəti başqan Arif Hacılının tərəfdarlarıdır: “O zaman bu seçkilərin heç bir mənası qalmır. Yəni, formal seçkilər keçirilir və bizim də formal seçkilərdə iştirak niyyətimiz yoxdur. Partiya rəhbərliyi seçkilərin Müsavatın güclənməsinə xidmət etdiyini qəbul etsə, qrup maraqları deyil, partiya maraqlarını nəzərə alsa, o zaman yəqin ki, seçkilərə qatılarıq. Hazırda isə sıravi müsavatçı olaraq qalmağı üstün tuturuq”. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR