Ukraynada 20 Yanvar faciəsi ilə bağlı hazırlanan videorolik mediada vətənpərvərlik marşı kimi qarşılanıb

Ukraynada 20 Yanvar faciəsi ilə bağlı hazırlanan videorolik mediada vətənpərvərlik marşı kimi qarşılanıb
14:28 20 Yanvar 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 20 yanvar, AzərTAc
Ukrayna Azərbaycanlı Gənclər Birliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı xüsusi videorolik hazırlayıb. Azərbaycan, Ukrayna və ingilis dillərində hazırlanmış videorolikdə azərbaycanlı gənclərin Vətən, dövlət, müstəqillik və azadlıq haqqında söylədikləri fikirlər Ukraynanın kütləvi informasiya vasitələrinin diqqətindən kənarda qalmayıb. Bu videorolik mediada vətənpərvərlik marşı kimi qarşılanıb.
Ukrayna Azərbaycanlı Gənclər Birliyi şəhidlərimizin xatirəsinə həsr edilən bu videoroliki qəlbi Vətən sevgisi ilə döyünənlərlə paylaşır:
https://www.youtube.com/watch?v=OPeuP79TFMc&feature=youtu.be
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ukraynada_20_Yanvar_faciesi_ile_bagli_hazirlanan_videorolik_mediada_vetenperverlik_marsi_kimi_qarsilanib-826061

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR