Çempion Sumqayıtda sevgilisini beşbarmaqla vurdu

Çempion Sumqayıtda sevgilisini beşbarmaqla vurdu
14:32 20 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

Sumqayıtda gənc qız birgə yaşadığı çempion tərəfindən işgəncəyə məruz qalıb. Bu barədə virtualaz.org saytına “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri mehriban Zeynalova məlumat verib.


Hüquq müdafiəçisinin sözlərinə görə, onlar bir-birini seviblər, lakin Tofiq Məmmədov adlı həmin oğlan evli olub. Belə ki, qız oğlanın evli olduğunu biləndə ondan ayrılıb: “Buna görə də çempion ona qarşı zorakılıq tətbiq törədib. Gənc qızın nişanlanıb və bunu eşidən çempion ona beşbarmaqla döyərək işgəncələr verib. Qız onu öldürməklə hədələyən çempionun əlindən çətinliklə qaçıb”.


“Təmzi Dünya” bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edib. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları çempionu saxlayıb.


M.Zeynalova qeyd edib ki, rəhbərlik etdiyi təşkilata gələn daha bir qadının da ailəsi faciə ilə nəticələnib: “Qadının qardaşı həyat yoldaşını öldürüb. Çempionla münasibətdə olan qız kimi sığınacaqda yerləşdirilən qadın da rəsmi nikah bağlamadan münasibətdə olub. Qadın həyat yoldaşının dostlarını evə qonaq çağırmasına, onlarla vaxt keçirməsinə qarşı çıxıb və evə tərk edərək Bakıya gəlib. Bundan sonra həyat yoldaşı onun geri qayıtmasına razı olmayıb. Qadın əvvəllər də bizim sığınacaqda qalmışdı. Lakin qardaşı tərəfindən evə aparılmışdı. Sonradan isə qoşulub qaçdığı üçün ailəsində bacısı tərəfindən işgəncələrə məruz qalıb. Buna görə də yenidən evdən qaçıb. Son nəticədə isə qardaşı oğlanı qətlə yetirib”.


M.Zeynalova deyib ki, qadının sənədləri kirayədə yaşadığı evin sahibi tərəfindən götürülüb: “Onun 40 manat borcu var. Buna görə də sənədi ev sahibi tərəfindən əlindən alınıb. Hazırda hüquq-mühafizə orqanlarına müraciət eləmişik”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempion-sumqaytda-sevgilisini-bebarmaqla-vurdu-t17632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR