Ukrayna daxili işlər nazirinin müşaviri: “Ukraynanın şərqində son bir həftədə 300 separatçı öldürülüb”

14:37 20 Yanvar 2015
91 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 14:34 ]

Bakı - APA. “Son bir həftə ərzində Ukraynanın şərqində gedən hərbi əməliyyatlar zamanı təxminən 300 terrorçu öldürülüb”.

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko deyib.

 

Onun sözlərinə görə, separatçılar Donetsk aeroportu, Qorlovka, Komsomolski və Volnovaxa yaxınlığında güclü artilleriya zərbələri zamanı böyük itki veriblər.

 

Özünü respublika elan etmiş “Donetsk Xalq Resublikası”nın nümayəndələri isə bu məlumatı təsdiqləməyiblər. Onların qərargahından bildiriblər ki, aeroport yaxınlığındakı döyüşlər zamanı Ukrayna hərbçilərinin itkisi daha çox olub.

 

Qərargah rəisinin müavini Eduard Basurinin “İnterfax”a verdiyi məlumata görə, döyüşlər zamanı Ukrayna tərəfdən 200 hərbçi öldürülüb, təxminən 300 hərbçi yaralanıb, 27 tank və 20 zirehli maşın məhv edilib. O, separatçıların 16 nəfər itki verdiyini, 60 nəfərin isə yaralandığını qeyd edib.

 

Xatırladaq ki, Ukraynanın şərqində vəziyyət ötən həftə yenidən gərginləşib. Daha çox toqquşmalar isə “DXR”-nın aylardır Ukrayna hərbçilərindən almaq istədiyi Donetsk aeroportu ətrafında baş verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR