Bəxtiyar Əliyev: Con Kerrinin Azərbaycana qarşı qeyri-obyektiv münasibətinin kökü 90-cı illərə gedib çıxır

Bəxtiyar Əliyev: Con Kerrinin Azərbaycana qarşı qeyri-obyektiv münasibətinin kökü 90-cı illərə gedib çıxır
14:38 20 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

“Bu müraciət onu göstərir ki, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana qarşı qeyri-obyektiv münasibətinin kökü hələ 90-cı illərə gedib çıxır”.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev 1990-cı il martın 18-də C.Kerri də daxil olmaqla bir qrup ABŞ senatorunun keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçova ünvanladığı və Ermənistan və Qarabağın iqtisadi blokadasını aradan qaldırılmasının vacibliyi, Ermənistanla Dağlıq Qarabağ ermənilərinin birləşdirilməsinin lazım olduğu vurğulanan müraciəti şərh edərkən deyib.

B.Əliyev qeyd edib ki, hətta C.Kerri seçkilər zamanı da ermənilərə söz vermişdi ki, onların istəklərini həyata keçirəcək: “Yəni bu mövqe hələ 90-cı illərin əvvəllərinə gedir. Təbii ki, Con Kerri aldığı sifarişi də icra etməlidir və onun Azərbaycana qarşı bu mövqeyi və ikili standart şübhəsiz ki, oradan qaynaqlanır. Ona görə də Con Kerrinin Azərbaycana qarşı bu münasibətini heç cür obyektiv adlandırmaq olmaz və bu mövqe Azərbaycana qarşı təzyiq vasitəsidir”.

O, əlavə edib ki, ABŞ-da erməni lobbisinin təsiri altında olan qruplar, dairələr var ki, onlar Azərbaycana qarşı müxtəlif yollarla təzyiqlər edirlər: “Çünki onların həmin diaspordan asılılığı var və onlar özləri də bəyan edirlər ki, biz onların hesabına seçilirik, bizim seçki kampaniyamızı onlar maliyyələşdirirlər. Belə olan halda isə onlardan Azərbaycana qarşı obyektiv münasibət gözləmək sadəlövlük olardı”.

Qeyd edək ki, bu gün erməni KİV-lərində nəşr olunan müraciətdə sovet rəhbərindən Bakıdakı vəziyyətlə bağlı “ölçü götürülməsi”nin xahiş edildiyi bildirilir.

Məktubda qeyd edilir ki, Azərbaycana göndərilmiş sovet zabitləri oradakı vəziyyəti vətəndaş müharibəsi kimi səciyyələndiriblər. “Biz ümid edirik ki, siz həm də Qarabağın və zəlzələ zonasında çoxlu amerikalıların və digər əcnəbilərin işlədiyi Ermənistanın iqtisadi blokdasını aradan qaldıracaqsınız… Bu yolla biz israrla sizdən xahiş edirik ki, baş verən faciəni “Qarabağ xalqı”na öz sonrakı siyasi və mədəni mənsubiyyətini Sovet dövləti tərkibində özlərinin seçməsi hüququnu verməklə həll edəsiniz”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR