Şəhidlərimizin rəşadəti gələcək nəsillər üçün əsl vətəndaşlıq məktəbidir

Şəhidlərimizin rəşadəti gələcək nəsillər üçün əsl vətəndaşlıq məktəbidir
14:38 20 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Samirə Quliyeva, AzərTAc
20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində mühüm mərhələdir.
Şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakinlərindən biri də Cəmil Babayevdir.
AzərTAc-a müsahibəsində C.Babayev deyib ki, bu hadisə həm də xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda mübarizəsinin, dünyanı heyrətə gətirən mərdliyinin, igidliyin böyük təntənəsidir. Çünki məhz onların qəhrəmanlığı sayəsində Azərbaycan yenidən müstəqilliyinə qovuşub.
Şəhidlərimiz xalqımızın qəlbində əbədi yaşayacaq. Onların rəşadəti gələcək nəsillər üçün əsl vətəndaşlıq məktəbidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidlerimizin_resadeti_gelecek_nesiller_uchun_esl_vetendasliq_mektebidir-826065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR