ABŞ siyasi elitasının anti-Azərbaycan əhval-ruhiyyəsinin dərin kökləri var

ABŞ siyasi elitasının anti-Azərbaycan əhval-ruhiyyəsinin dərin kökləri var
14:42 20 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ siyasi elitasının antiazərbaycan əhvali-ruhiyyəsinin dərin kökləri var. Xatırlamağa dəyər ki, ABŞ-ın hazırkı dövlət katibi Con Kerri hələ senator olarkən "Ermənistan və Qarabağın iqtisadi blokadasını aradan qaldırmağın, Ermənistanla Dağlıq Qarabağ ermənilərinin birləşdirilməsinin lazım olduğu vurğulanan və Azərbaycan hakimiyyətini region sakinlərinin mədəni hüquqlarını pozmaqda” ittiham edən müraciət imzalamışdı.

Kerri özünün Azərbaycanla bağlı münasibətini dəyişibmi? Daha çox yox, nəinki hə. Vaşinqtonun Bakıya hazırkı münasibətini də bununla izah etmək olar.

Bu gün ermənipərəst Qərb siyasətçilərini demokratik dəyərlər, Azərbaycan xalqına xeyir vermək istəyi deyil, Azərbaycandakı daxili siyasi vəziyyət narahat edir.

Onları Azərbaycanın güclənən mövqeyi və bunun fonunda Ermənistandakı acınacaqlı vəziyyət narahat edir. Həmin siyasətçilərin əsas hədəfi hər gün daha çox öz tarixi torpaqlarını qaytarmağa yaxınlaşan ölkəni zəiflətməkdir.

Bakıya təzyiqlərin artacağını gözləməyə dəyər. Ölkənin regionda əhəmiyyəti artdıqca, Azərbaycan, onun siyasi nüfuzu, iqtisadiyyatı inkişaf etdikcə ölkəyə edilən təzyiqlər daha da güclənəcək.

Lakin, cənablar, unutmaq olmaz ki, Azərbaycan xalqı bir məqsəd uğrunda - işğal olunmuş ərazilərin azad edilməsində yekdildir.

Bu gün Azərbaycanda Ermənistanın təcavüzkar əməllərinə və onun Azərbaycana qarşı ərazi iddialarına, keçmiş SSRİ rəhbərliyinin onu himayə etməsinə qarşı etiraz edən xalq kütlələrinin irimiqyaslı çıxışlarının yatırılması zamanı həlak olan 20 Yanvar qurbanlarının xatirəsi yad edilir.

Günahsız insanların ölümü böyük faciədir. Lakin 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsidir.

Öz müstəqilliyi üçün belə qurbanlar vermiş xalq onu bu zəfərlərdən məhrum etmək və öz xarici və daxili siyasətini həyata keçirərkən öz vassalı etmək istəyənlərin ardınca getməyəcək. Bu, başqalarına müyəssər olmadı və Ermənistanın Qərbdəki köməkçilərinə, eləcə də ABŞ-a müyəssər olmayacaq.

Elçin Mehdiyev
Trend - Azərbaycan xəbərlər xidməti

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR