Bu məhsullar Ermənistana idxal olunmayacaq

Bu məhsullar Ermənistana idxal olunmayacaq
16:33 25 Dekabr 2014
103 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Ermənistan hökuməti bu gün keçirilən iclasında Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük çərçivəsində üçüncü ölkədən idxalı qadağan olunan məhsulların siyahısını təsdiqləyib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan bildirib ki, Aİİ üzvü kimi respublikanın ərazisinə Qrenlandiya suitisinin dərisi, ozon qatını dağıdan materiallar və özündə bu kimi materialları saxlayan məhsullar, kağız, emal edilmiş ağac, karton, tullantı, xidməti və mülki silah, onun əsas hissələri və güllələri kimi məhsullar idxal edilə bilməz.

Təhlükəli tullantıların gömrük ərazisi üzrə idxalı və nəql edilməsi qadağan edilib.

Həmçinin Aİİ ərazisində idxalı və yayılması qadağan edilmiş çap, audiovizual və başqa informasiya daşıyıcılarının gətirilməsi qadağan edilib.

Qeyd edək ki, Aİİ-nin yaradılmasına dair müqavilə 2014-cü il mayın 29-da Astanada Belarus, Rusiya və Qazaxıstan prezidentləri tərəfindən imzalanıb. Sənədin mətni 700 səhifəyə yaxındır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2347603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR