Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifəsi

Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı səhifəsi
14:43 20 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Füzuli, 20 yanvar, AzərTAc 
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvar hadisələrinin 25-ci ildönümü respublikanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da ümumxalq hüzn günü kimi qeyd olunub.
AzərTAc xəbər verir ki, yanvarın 20-də rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, əsgərlər Bala Bəhmənli kəndində şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirib, önünə gül-çiçək düzüblər.
Burada keçirilən mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, faciəyə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.
Mərasimdə 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirilib. Bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı səhifəsidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə, eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR