Bakı, 20 yanvar, AzərTAc
Biz Azərbaycan gəncliyi olaraq öz qəhrəman şəhidlərimizlə fəxr edirik. Bu gün onların uyuduqları müqəddəs məkanı ziyarət etmək bizim borcumuzdur.
Bu sözləri 20 Yanvar – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarətə gələn tələbə Fəxri Vəlizadə AzərTAc-a müsahibəsində deyib.
Fəxri Vəlizadə bildirib ki, 20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı olub. Ölkədə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini amansızcasına atəşə tutub. Yuzlərlə insan şəhid olub və yaralanıb. Sovet ordusunun törətdiyi vəhşiliklər insanlıqdan çox-çox uzaq, namərd bir addım idi. Qanlı 20 Yanvar gecəsi dostumuzu və düşmənimizi bizə yaxından tanıtdırdı.
Allah bütün şəhidlərimizə rəhmət etsin!