“Charlie Hebdo”ya yeni baş redaktor təyin edilib

14:52 20 Yanvar 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 14:46 ]


Bakı. Məlahət Nəcəfova - APA. Fransanın satirik jurnalı “Charlie Hebdo”nun yeni baş redaktoru terror aktı zamanı xəsarət almış əməkdaşı təyin edilib.

 

APA-nın məlumatına görə, Loran Surisso adlı bu karikaturçu “Riss” ləqəbi ilə məşhurdur.  Yanvarın 7-də jurnalın redaksiyasına edilmiş terror hücumu zamanı rəssam sağ çiynindən yaralanıb. Onun yanvarın 20-də xəstəxanadan buraxılması planlaşdırılır.

 

Xatırladaq ki, “Charlie Hebdo”nun keçmiş rəhbəri də terror hücumu zamanı ölənlər sırasındadır.

 

İki nəfərin jurnalın ofisinə hücumu zamanı orda olan bütün əməkdaşlara atəş açılıb. Onlardan 12-si ölüb. Cinayətdə təqsirli bilinən şəxslər isə yalnız 2 gün sonra aşkar edilib və onlar Paris yaxınlığındakı xüsusi əməliyyat zamanı məhv ediliblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR