Tanınmış siyasi və ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edirlər

Tanınmış siyasi və ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edirlər
16:38 25 Dekabr 2014
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bolqarıstan Prezidenti Rosen Plevneliev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: "Zati-aliləri, Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi yetirirəm.

TANAP və TAP layihələrinin rəsmi açılışı münasibətilə Bakıda axırıncı görüşümüz zamanı göstərdiyiniz qonaqpərvərliyi çox böyük məmnuniyyət hissi ilə xatırlayır və təşəkkürümü bildirirəm. Beynəlxalq və Avropa gündəmi barədə toxunduğumuz bütün mühüm mövzular bizim tutduğumuz mövqelərin yaxınlığını və ölkələrimiz arasında, xüsusilə enerji və enerji təhlükəsizliyi sahəsində gələcək əməkdaşlığın vacibliyini göstərdi.

Bizim aramızda inkişaf edən etimad və dostluq münasibətləri, eləcə də Bolqarıstan və Azərbaycan arasında mükəmməl əlaqələr məndə gələcəkdə qarşılıqlı maraq dairələrinin bütün sferalarında münasibətlərin daha da dərinləşməsini davam etdirəcəyimiz inamını yaradır.

Zati-aliləri, ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı və rifah arzu edirəm".

X X X

Dövlətimizin başçısını təbrik edənlər arasında Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də var: "Çox hörmətli İlham Heydər oğlu, doğum günü münasibətilə mənim səmimi təbriklərimi və ən dərin ehtiramımı qəbul edin.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, tükənməz nikbinlik və enerji arzulayıram. Rusiyanın Həştərxan vilayətini və Azərbaycan Respublikasını birləşdirən dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və hərtərəfli qarşılıqlı faydalı əlaqələrin daha da genişlənəcəyinə ümid edirəm.

Sizə planlarınızı və ideyalarınızı ən qısa müddətdə həyata keçirməyi, böyük xoşbəxtlik və Azərbaycan xalqına xidmət kimi nəcib bir işdə müvəffəqiyyət arzu edirəm".

X X X

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan: "Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Mürəkkəb dövlət vəzifələrinin həllinə əzmkarlıqla yanaşmağınız, heyrətamiz işgüzarlığınız və strateji təfəkkürünüz, nəcib şəxsi keyfiyyətləriniz sayəsində Siz çoxmillətli Azərbaycan vətəndaşlarının dərin ehtiramını, dünya birliyində yüksək nüfuz qazanmısınız. Siz böyük Heydər Əliyevin işini layiqincə davam etdirərək Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni inkişafında, ölkədə siyasi sabitliyin qorunmasında və əhalinin rifah halının yüksəldilməsində sanballı uğurlara nail olmusunuz.

Dağıstanlılar Rusiya və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin inkişafına Sizin töhfənizi xüsusilə yüksək qiymətləndirirlər. Əminəm ki, bu münasibətlər bundan sonra da möhkəmlənəcək və dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, ən gözəl arzularımızı qəbul edin. Sizə möhkəm cansağlığı, uzun illər ərzində tükənməz güc və enerji, Azərbaycan Respublikasının çiçəklənməsi naminə daha böyük uğurlar arzu edirəm".

X X X

Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Taymuraz Mamsurovdan: "Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Cənubi Qafqazın ən gözəl ölkələrindən birinin liderisiniz. Bu ölkə ilə çoxmillətli Şimali Osetiyanı çoxdankı sıx dostluq əlaqələri birləşdirir. Bizim çoxşaxəli və səmərəli əməkdaşlığımız ildən-ilə yalnız möhkəmlənir. Bu da Qafqaz xalqlarının sülh, həmrəylik və mehriban qonşuluq şəraitində yaşamağa ümumi səylərini təsdiq edir.

Sizə səmimi qəlbdən cansağlığı, ailə xoşbəxtliyi və bütün təşəbbüslərinizin həyata keçməsini arzulayıram".

X X X

Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Abubakar Edelgeriyevdən: Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Biz Sizi Azərbaycan xalqının inkişafına və tərəqqisinə yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən, müdrik siyasi xadim və öz ölkəsinin vətənpərvər oğlu kimi tanıyırıq.

Əminəm ki, Sizin sayənizdə Azərbaycan Respublikası bundan sonra da dövlətçilik və demokratiya təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcəkdir. Heç şübhəsiz ki, Sizin qazandığınız ümumxalq dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq səyləriniz ali dövləti fəaliyyətinizdə bundan sonra da yeni uğurlarınıza imkan yaradacaq.

İcazə verin, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzularımı bildirim".

X X X

Rusiya Federasiyası Dövlət Duması maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyevdən: "Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edim.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan iqtisadi, siyasi, sosial, elmi-texniki və mədəni inkişaf sahələrində sanballı uğurlar qazanıb, ölkənin dünya miqyasındakı mövqeyi daha da möhkəmlənib. Əminəm ki, ölkələrimizin xalqlarının maraqlarına cavab verən aktual siyasi və iqtisadi məsələlərin həllində qarşılıqlı faydalı əməkdaşlığımız və tərəfdaşlığımız daha da genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm".

X X X

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan: "Möhtərəm İlham Heydər oğlu, ad gününüz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin. Siz Azərbaycan Respublikasının Prezidenti kimi ali vəzifədə olduğunuz illərdə xalqınızın həqiqi ehtiramını və məhəbbətini qazanmısınız.

İcazə verin, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, ölkənin rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayım.

Zati-aliləri, Sizə və xanımınız Mehriban Arif qızına firavanlıq və xoşbəxtlik arzu edirəm".

X X X

Rusiya Uşaq Fondunun sədri, yazıçı, Rusiya Təhsil Akademiyasının akademiki Albert Lixanovdan: "Hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə Rusiya Uşaq Fondu adından təbrik edirəm. Sizə yeni ildə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və müvəffəqiyyət arzu edirəm".

X X X

Rusiya Onkoloji Elmi Mərkəzinin Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Məmməd Əliyevdən: "Möhtərəm İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, rifah, qarşıya qoyduğunuz məqsədlərə çatacağınıza inam, uzun ömür, tükənməz enerji və nikbinlik, həmçinin müasir müstəqil Azərbaycana firavanlıq arzu edirəm. Qoy, ömrünüzün hər günü Sizi xoş müjdələrlə sevindirsin, bütün arzularınız çin olsun".

X X X

“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəz” Federal Dövlət Büdcə Elmi Müəssisəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Mixail Davıdovdan: "Çox hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və rifah arzulayıram. Qoy etibarlı dostlarınız həmişə yanınızda olsun, doğmalarınızın və yaxınlarınızın sevgisi və dəstəyi Azərbaycan naminə yeni zəfərlər qazanmaq üçün Sizə güc versin.

Sizə səmimi qəlbdən qarşıya qoyduğunuz məqsədlərə nail olmağı, ali dövləti vəzifənizdə böyük uğurlar, müstəqil Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq arzu edirəm".

X X X

Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylovdan və Baş direktorun birinci müavini Mixail Qusmandan: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə bizim ən səmimi və hərarətli təbriklərimizi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan bu gün dünyada getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənin uğurlu iqtisadi inkişafında, yüksək mənəvi-əxlaqi ab-havanın qorunub saxlanılmasında, mədəniyyət, elm və təhsilin hərtərəfli inkişafında quruculuq enerjisi ilə aşıb-daşan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və qətiyyətlə nail olan bir lider kimi Sizin şəxsi xidmətləriniz böyükdür. Siz fədakarcasına Azərbaycan xalqının xoşbəxtliyinin və rifahının qayğısına qalırsınız.

Sizə möhkəm cansağlığı, nikbinlik və xoş ovqat, bütün planlarınızın müvəffəqiyyətlə həyata keçməsini arzulayırıq!

Sizə və əlbəttə, səbəbkarın yaxşı əhval-ruhiyyədə olması üçün əlindən gələni edən yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzu edirik.

Qoy, Sizin səyləriniz Azərbaycan Respublikasının rifahı və xalqlarımızın dostluğu naminə bundan sonra da öz gözəl bəhrələrini versin".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2347681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR