Əliyalın insanlar o qanlı gecədə küçələrə axışaraq öz azadlıqları uğrunda mübarizəyə qalxmışdılar

Əliyalın insanlar o qanlı gecədə küçələrə axışaraq öz azadlıqları uğrunda mübarizəyə qalxmışdılar
15:03 20 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 20 yanvar, Ceyhun Rüstəmov, AzərTAc
Şəhidlər xiyabanını ziyarət etmək üçün gələnlər arasında ağsaqqal Fərzəli Hüseynov da vardı. Naxçıvanda yaşayan F.Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təsadüf nəticəsinə paytaxtda olduğunu bildirərək dedi ki, əliyalın insanlar o qanlı gecədə küçələrə axışaraq öz azadlıqları uğrunda mübarizəyə qalxmışdılar. O dövrdə hakimiyyətdə olanlar isə xalqa dönük çıxdılar: “20 Yanvar hadisələri Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin xalqla bir olmağa cəsarətinin çatmadığını bir daha göstərdi. Onlar öz vətəndaşlarının yanında olmaqdansa, sovet rəhbərliyinin ətəyindən tutmağı lazım bildilər. Xalq bədnam M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar addımlarının açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz edərək ayağa qalxmışdı. Dinc əhaliyə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi”.
“Bu, bizim üçün faciə olsa da, xalqımızın tarixinə azadlıq mübarizəsi kimi daxil olub”,- deyən F.Hüseynov qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixində daim şanlı səhifə kimi vərəqlənəcək. Biz isə bu xiyabanda uyuyan şəhidlərimizin qanla qazandıqları müstəqilliyi daha da möhkəmləndirməli, onu əbədi etməliyik.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aliyalin_insanlar_o_qanli_gecede_kuchelere_axisaraq_oz_azadliqlari_ugrunda_mubarizeye_qalxmisdilar-826074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR