Ukraynada qətlə yetirilən keçmiş azərbaycanlı deputatın heykəli qoyulub - FOTO

Ukraynada qətlə yetirilən keçmiş azərbaycanlı deputatın heykəli qoyulub - FOTO
15:05 20 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasının ötən ilin yayında qətlə yetirilən keçmiş azərbaycanlı deputatı, Keremençuk şəhərinin meri, tanınmış iş adamı Oleq Babayevin həmin şəhərdə heykəli qoyulub.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, heykəlin açılışı yanvarın 19-da olub.

Heykəlin hazırlanması üçün lazım olan vəsait Azərbaycan diasporunun üzvləri, azərbaycanlı iş adamları tərəfindən ödənilib.

Azərbaycanlı heykəltəraş Eldəniz Qurbanov tərəfindən tuncdan hazırlanan heykəlin açılış mərasimində Azərbaycan diasporunun üzvləri, yerli hökumət nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, Oleq Babayevə 2014-cü il iyulun 26-da səhər saat 10:00-da evindən çıxan zaman silahlı hücum olub və o, yerindəcə keçinib. Ukrayna Daxili İşlər Nazirliyi qətlin sifarişçilərinin və icraçılarının tutulduğunu bildirsə də, adlarını açıqlamayıb.

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR