Moskva İrəvana söz verdi

Moskva İrəvana söz verdi
15:21 20 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə törətdiyi qətlə görə Rusiyanın Ermənistandakı 102-ci bazasının hərbi qulluqçusu Valeri Permyakovun məhkəmə prosesi İrəvanda keçiriləcək. Bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin prezident Serj Sarkisyanla görüşdə bildirib.

ANS PRESS-in məlumatına görə, prezidentin mətbuat xidmətindən bildirilib ki, A.Bastırkin deyib: "Açıq məhkəmə prosesinin Ermənistanda keçirilməsi ədalətin, ədalət istəyən tərəflərin şahidliyi ilə baş tutacaq."

Həftənin üçüncü günü Gümrüdə Avetisyanov ailəsinin yeddinci qurbanı olan altıaylıq uşağın dəfn mərasimi təşkil olunacaq.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülüb. O cinayət törətdikdən sonra hərbi hissəni icazəsiz tərk edib. Bununla əlaqədar yanvarın 15-də Gümrüdə və İrəvanda kütləvi etiraz aksiyası keçirilib, polislə aksiya iştirakçıları arasında toqquşma qeydə alınıb, 60-a yaxın insan həbs olunub.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR