Azərbaycan MN: Ermənistan növbəti dəfə qeyri-döyüş itkilərinə haqq qazandırmaq məqsədilə dezinformasiya yayır

15:27 20 Yanvar 2015
67 Sosial
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 15:22 ]

“Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır”

Bakı – APA. “Ermənistanın kütləvi informasiya vasitələri növbəti dəfə öz qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq məqsədilə, eyni vaxtda Azərbaycan Silahlı Qüvvələrinin itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır”.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

 

Qeyd edək ki, Ermənistan KİV-i yanvarın 20-nə keçən gecə Azərbaycanın “diversiya qruplarının” təmas xəttini 8 dəfə keçməyə cəhd göstərdiyi, lakin hər dəfə bunun qarşısının alındığı barədə xəbər yayıb. Xəbərdə Azərbaycan Ordusunun itki verdiyi də bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR