MN: Ermənistan itkilərinə haqq qazandırmaq üçün dezinformasiya yayır

MN: Ermənistan itkilərinə haqq qazandırmaq üçün dezinformasiya yayır
15:34 20 Yanvar 2015
65 Dünya
Ölkə mətbuatı
A- A+

 “Ermənistanın kütləvi informasiya vasitələri növbəti dəfə öz qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq məqsədilə, eyni vaxtda Azərbaycan Silahlı Qüvvələrinin itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayır”.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

 

Qeyd edək ki, Ermənistan KİV-i yanvarın 20-nə keçən gecə Azərbaycanın “diversiya qruplarının” təmas xəttini 8 dəfə keçməyə cəhd göstərdiyi, lakin hər dəfə bunun qarşısının alındığı barədə xəbər yayıb. Xəbərdə Azərbaycan Ordusunun itki verdiyi də bildirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR