Bakı, 20 yanvar, AzərTAc
Ermənistanın kütləvi informasiya vasitələri növbəti dəfə öz qeyri-döyüş itkilərinə haqq qazandırmaq, cəbhədə vəziyyəti gərginləşdirmək və günahı Azərbaycan tərəfinin üzərinə atmaq məqsədilə guya Silahlı Qüvvələrimizin itki verərək geri çəkilməsi barədə dezinformasiya xarakterli məlumatlar yayırlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.