"Charlie Hebdo"da yeni baş redaktor

"Charlie Hebdo"da yeni baş redaktor
15:57 20 Yanvar 2015
77 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın satirik jurnalı “Charlie Hebdo”nun yeni baş redaktoru terror aktı zamanı xəsarət almış əməkdaşı təyin edilib.
 
APA-nın məlumatına görə, Loran Surisso adlı bu karikaturaçı “Riss” ləqəbi ilə məşhurdur. Yanvarın 7-də jurnalın redaksiyasına edilmiş terror hücumu zamanı rəssam sağ çiynindən yaralanıb. Onun yanvarın 20-də xəstəxanadan buraxılması planlaşdırılır.
 
Xatırladaq ki, “Charlie Hebdo”nun keçmiş rəhbəri də terror hücumu zamanı ölənlər sırasındadır.
 
İki nəfərin jurnalın ofisinə hücumu zamanı orada olan bütün əməkdaşlara atəş açılıb. Onlardan 12-si ölüb. Cinayətdə təqsirli bilinən şəxslər isə yalnız 2 gün sonra aşkar edilib və onlar Paris yaxınlığındakı xüsusi əməliyyat zamanı məhv ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR