Ərdoğan: "Türkiyə enerji layihələrinin reallaşdırılmasını davam etdirəcək"

Ərdoğan: "Türkiyə enerji layihələrinin reallaşdırılmasını davam etdirəcək"
16:05 20 Yanvar 2015
80 Dünya
Ölkə mətbuatı
A- A+

"Türkiyə enerji layihələrinin reallaşdırılmasını davam etdirəcək". Trend-in TRT telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə artıq Azərbaycanla birgə bir sıra enerji layihələri həyata keçirib.
Prezident bildirib ki, bu ilin martında Transanadolu qaz kəməri (TANAP) layihəsinin təməli qoyulacaq.
 
R.T.Ərdoğan deyib ki, Türkiyə regionun enerji qovşağına çevriləcək.
Onun sözlərinə görə, Avropa hələ “Nabucco” layihəsini reallaşdırmaq istəyəndə Türkiyə TANAP layihəsinin reallaşdırılmasına başlamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR