Şəhid əmim mənim üçün qəhrəmanlıq etalonudur

Şəhid əmim mənim üçün qəhrəmanlıq etalonudur
16:13 20 Yanvar 2015
139 Ölkə
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 20 yanvar, Elxan Yusifli, AzərTAc 
Şəhidlərimizi yalnız xüsusi günlərdə deyil, daim anırıq. Azərbaycanın hər bir yaşayış məntəqəsində Şəhidlər xiyabanları, abidələr, xatirə lövhələri var. Bu məkanlar biz yeniyetmələrin, gənclərin and yeridir. Şəhidlərimizin şərəfli ömür yolu bizim üçün qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir.
Bu fikirlər Xaçmaz şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar qurbanlarının xatirəsini anan çoxsaylı yeniyetmələrdən biri- Aytən Fərzəliyevaya məxsusdur. IX sinifdə oxuyan Aytən AzərTAc-a müsahibəsində Şəhidlər xiyabanına tez-tez gəldiyini qeyd edib. Bildirib ki, mənim əmim İlqar Fərzəliyev də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Şəhid olmuş əmim mənim üçün qəhrəmanlıq etalonudur.
Aytən Fərzəliyeva bildirib ki, bu xiyabanda onunla yanaşı, 230-dan artıq xaçmazlı şəhidin xatirəsi əbədiləşdirilib. Onların hamısı mənim üçün əziz və doğmadır. Biz yeniyetmələr, gənclər onların haqq yolunu davam etdirməyə hazır olmalıyıq. Düşməndən qisas almalı, işğal altındakı torpaqlarımızı erməni işğalçılarından azad etməliyik.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehid_emim_menim_uchun_qehremanliq_etalonudur-826097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR