Şəhidliyə doğum günündə ucaldı

Şəhidliyə doğum günündə ucaldı
16:17 20 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

1968-ci ildə Ağstafada anadan olan Habil orta məktəbi əla qiymətlərlə bitirir. Ovaxtkı Xalq Təsərrüfat Universtetinə qəbul olur.

TTV (Region TV) xəbər verir ki, 1990-cı ildə üçüncü kursda oxuyurdu...
Yanvarın 19-da qış sessiyasının növbəti imtahanından uğurla keçən Habil Əzizov həm gün ad gününü - 22 yaşını qeyd etməli idi.
Əmisinin onun ad günü münasibəti ilə açdığı süfrədə oturmaq ona qismət olmur. Əmisinin etirazlarına baxmayaraq şəhərdə yaranan səs-küyə, tüstü-dumana biganə qala bilmir, küçəyə çıxır.

Bu zaman onun gözünə güclü işıq düşür. Beləliklə, faciənin qurbanlarından biri də o olur. Həmin gecə nisbətən sakitlik yarananda meyitlər yığılır. Yüzlərlə cəsədin içərisində Habili tanımaq çətin olur. Onu yalnız əmisi ad gününə aldığı köynəkdən tanıyır. Bu köynəyin cibində bilet də olur. Qardaşının nişan mərasimində iştirak etmək üçün qabaqcadan aldığı qatar bileti.

Şəhidin anası Zinayə Əzizova deyir ki, Habilin ən böyük arzusu ixtisası üzrə tanınmış mütəxəssis olub, Azərbaycan üçün əlindən gələni etmək idi. Lakin o, vətəninə xidmətini şəhidlik zirvəsinə ucaldaraq etdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR