Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq
16:18 20 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+


Daşkəsən, 20 yanvar, AzərTAc 
Daşkəsəndə Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsini anma tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, ictimaiyyət nümayəndələrinin, idarə və müəssisə kollektivlərinin iştirak etdikləri anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev 20 Yanvar hadisələrinin mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə danışaraq bu qanlı aksiyanın xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi səciyyələndirib. Bildirib ki, 20 Yanvar özümüzü bir millət kimi tanıdığımız və dərk etdiyimiz gündür. Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra həmin faciəyə siyasi-hüquqi qiymət verildi. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardım göstərilməsi təmin edildi.
Digər çıxışlarda da ölkəmizin müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin daim əziz tutulacağı vurğulanıb. Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi və onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilib.
Sonra iştirakçılar azadlığımız uğrunda canlarından keçmiş şəhid məzarlarını ziyarət edərək üzərinə tər qərənfillər düzüblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidlerimizin_xatiresi_Azerbaycan_xalqinin_qelbinde_ebedi_yasayacaq-826099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR