“Zirvə İdman Kompleksi” MMC-nin kollektivi “20 Yanvar” şəhidlərinin xatirəsini yad etdi

“Zirvə İdman Kompleksi” MMC-nin kollektivi “20 Yanvar” şəhidlərinin xatirəsini yad etdi
16:29 20 Yanvar 2015
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün “Zirvə İdman Kompleksi” MMC-nin kollektivi Abşeron Rayonunda “20 Yanvar faciəsi” şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyublar.

Yanvarın 20-də Xırdalan şəhər sakinləri faciə qurbanlarının xatirəsini böyük ehtiramla yad edib. Rayonun rəhbər işçiləri, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri abidə kompleksinin önünə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini dərin hüznlə yad ediblər.

İlk olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov abidə önünə gələrək əklil və gül dəstələri qoyaraq şəhidlərin xatirəsinə ehtiramını bildirib. Daha sonra “20 Yanvar” gününə həsr olunmuş bədii anım mərasimi təşkil olunub. Burada şəhidlərimizin qəhrəmanlıq ruhuna şeirlər deyilib, həmin gecədə baş verənlər bir daha xatırlanıb.

1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimiz öz qanları ilə Azərbaycanın yeni tarixini yazdılar. Bu, qəhrəmanlıq, mərdlik və hünər tarixidir.

“Zirvə İdman Kompleksi” MMC-nin kollektivi də xalqımızın bu günündə də onun yanındadır. Bu gün şirkət əməkdaşları “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılan abidəyə baş çəkərək, kollektiv adından abidə önünə əklil və gül dəstələri qoydular.

 Allah bütün şəhidlərimizə rəhmət eləsin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR