Cəmşid Naxçivanski adına Hərbi Liseydə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Cəmşid Naxçivanski adına Hərbi Liseydə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
16:33 20 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə “Milli mədəniyyətin təbliği”, “Mina qurbanları” və digər İctimai birliklərin rəhbərləri və üzvləri, “Vətən uğrunda” qəzetinin rəhbərliyi çıxış edərək Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatındakı yeri və rolu barədə məlumat veriblər.
“Milli mədəniyyətin təbliği” İctimai Birliyi tərəfindən liseyin kitabxanasına “Qarabağ dinləmələri” adlı kitab hədiyyə olunub.
Sonda qonaqlar hərbi liseyin fəxri fərmanları ilə təltif edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cemsid_Naxchivanski_adina_Herbi_Liseyde_20_Yanvar_faciesi_qurbanlarinin_xatiresi_anilib-826108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR