İspaniyanın “El dia” xəbər portalı 20 Yanvar faciəsinin dəhşətləri barədə yazır

16:38 20 Yanvar 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Madrid, 20 yanvar, AzərTAc 
İspaniyanın “EFE” informasiya agentliyinin bu ölkənin “El dia” xəbər portalında 20 Yanvar faciəsi ilə bağlı yerləşdirdiyi məqalədə hər il bu tarixin Azərbaycanda və xaricdə yad edildiyi qeyd olunur. Bildirilir ki, hər il Prezident İlham Əliyev başda olmaqla yüz minlərlə insan 1990-cı ildə sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edir.
Məqalədə həmin gecə baş vermiş dəhşətli hadisələr təsvir olunur. Vurğulanır ki, bu qanlı aksiyanın günahkarları hələ də cəzalarına çatmayıblar.
Aygün Əliyeva
AzərTAc-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyanin_El_dia_xeber_portali_20_Yanvar_faciesinin_dehsetleri_barede_yazir-826114

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR