Beren Saatın xəyalları suya düşdü

Beren Saatın xəyalları suya düşdü
16:47 20 Yanvar 2015
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisanın rejissorluq arzusu ürəyində qaldı
Türkiyənin məşhur aktrisası, Azərbaycanda da kifayət qədər məşhur olan Beren Saatın xəyalları suya düşdü. Anspress-in məlumatına görə, aktrisanın yeni film arzusu, deyəsən, ürəyində qalacaq. Belə ki, Beren Saat Kamal Yılmazın "9ON" filmində həm baş rolu ifa etməli, həm də rejissorluq etməli idi.

Bir müddət öncə yayılan filmin anonsları artıq yığışdırılıb. Anonslar İnstagram səhifələrində yerləşdirilmişdi.

Beren Saat ötən il final edən "İntiqam" serialından bəri çəkiliş meydanlarından uzaq idi. Ötən ilin iyun ayında müğənni Kənan Doğulu ilə ailə qurub. Toydan sonra gələn təklifləri qəbul etməyən aktrisa artıq seçimlərinə daha həssas yanaşacağını deyirdi.

"Ürəyimcə olan ssenari olsa, oynayaram", - deyən Saat ötən ay İnstagram səhifəsində yeni filmin müjdəsini vermişdi.
Filmdə o, 8 uşaqlı bir ailənin hamilə qızı Əminəni canlandırmalı idi.

Filmin çəkilişləri dekabrın 18-də başlamalı idi. Filmin 8 martda təqdimatı nəzərdə tutulmuşdu.

Film çəkilişlərinin nə üçün təxirə salınması barədə heç bir açıqlama verilməyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR