Ağdaşlılar faciə qurbanlarının xatirəsini ehtiramla anıblar

16:53 20 Yanvar 2015
82 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdaş, 20 yanvar, AzərTAc
20 Yanvar faciəsinin 25-ci ildönümü Ağdaş rayonunda ümumxalq hüzn günü kimi qeyd edilib.
AzərTAc xəbər verir ki, yanvarın 20-də Ağdaş şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi qarşısında anma mərasimi keçirilib.
Qəhrəman oğul və qızların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların müqəddəs ruhuna dualar oxunub.
Tədbirdə çıxış edənlər 25 il əvvəl Sovet ordusu tərəfindən törədilən faciənin dəhşətlərindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıblar.
Xatırladaq ki, faciənin 25-ci ildönümü ərəfəsində rayonun bütün idarə və təşkilatlarında, Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində, rayon mərkəzi kitabxanasında, təhsil müəssisələrində “dəyirmi masa”lar, yığıncaqlar təşkil edilib, məktəblərdə faciə ilə bağlı dərslər keçirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR