Rusiyanın Budapeştdəki səfirliyinin əməkdaşları utancaq erməni qadınlarını səfirin qəbuluna buraxmaqdan imtina ediblər

16:53 20 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+


Budapeşt, 20 yanvar, AzərTAc
Yanvarın 19-da Budapeştdə Rusiya Federasiyasının Macarıstandakı səfirliyi qarşısında Mərkəzi Avropa Universitetinin erməni tələbələri tərəfindən etiraz aksiyasına bənzər hadisə baş verib. Həmin ərəfədə “Facebook”da tələsik yaradılmış səhifədə 96 nəfərin aksiyada iştirak etdiyi bildirilsə də, həmişə olduğu kimi, sözünün üstündə cəmi 13 nəfər durub.
Qadınlar ingilis dilində “Ermənistanın suverenliyinə hörmət edin”, “Cinayətkarı Ermənistana təhvil verin” ifadələrini çox həvəssiz, əsasən də xorla deyil, hansısa “yersiz” utancaqlıqla təkrar ediblər. Toplaşmanın başlanmasından 15 dəqiqə sonra iştirakçılar səfirlə görüşmək və petisiyanı ona vermək üçün səfirliyə daxil olmağa cəhd göstəriblər. Şübhəsiz ki, tələbələri səfirliyin binasına buraxmayıblar. Təhlükəsizlik xidməti ilə domofonda uzun danışıqlardan (nəyə görəsə yenə də Avrasiya İqtisadi Birliyinin dilində deyil) sonra onların qarşısına çıxan əməkdaş səfirə vərəqi çatdırmağı “diplomatik” şəkildə vəd edib və eyni zamanda ona elektron poçtla müraciət etməyi məsləhət görüb.
Pərvanə Qarayeva
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyanin_Budapestdeki_sefirliyinin_emekdaslari_utancaq_ermeni_qadinlarini_sefirin_qebuluna_buraxmaqdan_imtina_edibler-826119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR