Azərbaycan 20 Yanvar şəhidlərini yad edir - REPORTAJ

Azərbaycan 20 Yanvar şəhidlərini yad edir - REPORTAJ
16:54 20 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan tarixinə qara hərflərlə yazılan 20 yanvar faciəsindən 25 il ötür. APA TV-nin xəbərinə görə, bu gün vəzifəsindən, siyasi və sosial statusundan asılı olmayaraq, böyükdən kiçiyə hər kəs Şəhidlər Xiyabınında uyuyan şəhidlərin məzarını yad etməyə gəlib.

Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.

 

20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar olaraq Parlament prospektindən Şəhidlər xiyabanı istiqamətində olan bütün küçələrdə hərəkət dayanıb. Eyni zamanda Teleteatrdan başlayaraq Mehdi Hüseyn küçəsində, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətində də yollarda gediş gəliş  məhdudlaşdırılıb. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR