Banka borclu qaldı, xarakiri etdi - FOTO

Banka borclu qaldı, xarakiri etdi - FOTO
16:57 20 Yanvar 2015
212 Dünya
Ölkə mətbuatı
A- A+

Kredit götürən şəxsə zamin duran qadın dəhşət yaşatdı
Türkiyədə qadın bankdan kredit götürmək üçün tanışlarından birinə zamin durub. Onun xoş niyyətindən istifadə edən şəxs isə borclarını zamanında ödəməyib.

Anspress-in "İhlas"a istinadla verdiyi məlumata görə, bir banka gələn 29 yaşlı qız kredit borcları ilə bağlı bankın rəsmiləri ilə görüşüb. Lakin mənfi cavab alan qadın depressiyaya düşüb və özünü öldürməyə cəhd edib.

Qadın çantasından çıxardığı mətbəx bıçağı ilə xarakiri etməyə - özünə xəsarət yetirməyə çalışıb.

Bank işçilərinin çağırdığı polis də qadını fikrindən döndərə bilməyib. "Hər bir problemin həlli yolu var. Müdir ilə danışaq" - deyən polis onu inandıra bilməyib.

Adı açıqlanmayan qadın onu sakitləşdirmək istəyən polisə əli ilə "sus" göstərib. "Mən qürurumla çox mübarizə apardım. Birinci dəfə bağışladım. Amma ikinci dəfə çox pis oldum. Məsələ pulda deyil. Pulum var. Borcu verə bilərəm. Amma çox xətrimə dəydi", - deyən qadın bıçağı qarnına sancıb.

Gənc qadın bir necə dəfə bıçağı özünə sancıb.

Qadın hadisə yerinə çağırılan təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR