Qara xalılı premyeranın səbəbkarları efirdə (FOTO)

Qara xalılı premyeranın səbəbkarları efirdə (FOTO)
17:01 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Vahid Mustafayevin "Qanlı Yanvar" filminin yaradıcı heyəti "Günə baxan" proqramının qonağı olub.

ANS PRESS-in məlumatına görə, ana obrazını canlandıran məşhur türk aktrisası Nebahat Çehre, amerikalı jurnalist Viktor rolunun ifaçısı Leyn Devis, Mehdi obrazını yaradan Azər Aydəmir, Nəcəf rolunun ifaçısı Faiq Mirzəyev, Əli rolunun ifaçısı Rövşən Məmmədli, Zita rolunun ifaçısı Mina Seyid-Məmmədova, filmin bəstəkarı Arya Əziminejad, montaj redaktoru Məstanə Mühacir və filmin ssenari-müəllifi və quruluşçu rejissoru Vahid Mustafayev televiziya tamaşaçılarının görüşünə gəldilər.

"Qanlı Yanvar" filminin Nizami Kino Mərkəzində baş tutan qara xalılı premyerası ölkədə ajiotaj yaratdı və bu səs-küyün səbəbkarları bu gün ANS-in efirində idilər.

Vahid bəy aktyor seçimində Nebahat Çehre və Leyn Devis kimi dünya məşhurları ilə dünyanın tanınmadığı aktyorları bir araya gətirməsini belə əsaslandırdı: Elə bir obrazlar var ki, bizim filmin bütün yükünü öz üzərində daşıyır. Mənə lazım idi ki, bu obrazlar çox səmimi olsunlar. Nebahat xanım Ana obrazını çox yüksək səviyyədə yaratdı. Onun yaratdığı obraz tək azərbaycanlıların anası deyil, o bütün dünyada müstəqillik mücadiləsi aparanların anasıdır. Nəbahat xanım bu işi çox yüksək peşəkarlıqla həyata keçirdi. O, bütün biliklərini və bütün enerjisini sərf etdi və nəticədə biz çox gözəl ana obrazı gördük. Biz filmdə dünyanın anasını gördük."

Nebahat Çehre filmin ssenarisini oxuyarkən çox təsirləndiyini və filmdə çəkilməyə qərar verdiyini söylədi. Filmdəki oğulları Mehdi və Nəcəfi həyatda da sevməyi bacardığını və hər iki "oğlu"nu filmdən sonra da çox sevdiyini etiraf etdi. Nebahat xanım yaradıcı heyətlə işləməkdən zövq aldığını deyir.

Artıq bir neçə dəfə Azərbaycanda olmuş, "Bakıfilm"in aktyorlarına master klaslar keçmiş Leyn Devis "Qanlı Yanvar" filminin Azərbaycan üçün çox vacib olduğunu və filmdə canlandırdığı obrazın - Qərbin Azərbaycana göndərdiyi agent jurnalistin missiyasını filmdə göstərməyə çalışdığını bildirdi. "Santa-Barbara" serialından sonra dünyanın qapıları üzümə açıqldı. Mən Amerikada qazandığım təcrübəni bir çox ölkələrə apardım. Amma Azərbaycanda da qazandığım təcrübələr oldu", -deyə Devis əlavə etdi.

Aktyorların hər biri film haqqında təəssüratlarını bildirdilər.

Qeyd edək ki, "Qanlı Yanvar" filmi ANS Yayım və Media Şirkəti və Bakıfilm Kinostudiyası tərəfindən Azərbaycan Respublikası Prezidenti və Çingiz Mustafayev Fondunun dəstəyilə ərsəyə gəlib.

Qeyd edək ki, filmin çəkilişləri 63 gün sürüb. Bu rəqəm kino sahəsində rekord faktdır.













Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR