Şamaxıdakı Şəhidlər xiyabanında ümumrayon anma mərasimi

Şamaxıdakı Şəhidlər xiyabanında ümumrayon anma mərasimi
17:03 20 Yanvar 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Şamaxı, 20 yanvar, AzərTAc 
Ümumxalq Hüzn Günü Şamaxıda kütləvi tədbirlərlə qeyd olunub.
AzərTAc xəbər verir ki, yanvarın 20-də şəhərdəki Şəhidlər xiyabanında ümumrayon anma mərasimi keçirilib.
Rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların işçiləri, ictimaiyyətin çoxsaylı nümayəndələri səhər saatlarında şəhidlərin xatirə kompleksindəki abidənin önünə əklil və çiçəklər qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Şəhidlər xiyabanını ziyarətdən sonra rayon rəhbərləri və ictimaiyyət nümayəndələrinin bir qrupu şəhid ailələrinə baş çəkiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samaxidaki_Sehidler_xiyabaninda_umumrayon_anma_merasimi-826123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR