1,5 milyonluq mirasını itə vəsiyyət etdi (FOTO)

1,5 milyonluq mirasını itə vəsiyyət etdi (FOTO)
17:11 20 Yanvar 2015
164 Digər
Ölkə mətbuatı
A- A+

Amerikanın Nyu-York şəhərində bir qadın 1,5 milyon dollarlıq sərvətini övladlarına deyil, iti Bella Miaya vəsiyyət edəcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, 60 yaşlı qadın bütün cəvahiratını, bankdakı pulunu və bağ evini 3 yaşlı itinə bağışlayacaq. Səbəbi isə odur ki, qadın "böyük eşqlə sevdiyi itinin o öləndən sonra da lüks həyat yaşamasını istəyir".

"Oğlanlarım işdə və həyatda kifayət qədər müvəffəqiyyət qazanıblar, mənim puluma ehtiyacları yoxdur. Oğlanlarım bu itin məni və ərimi (82 yaş) necə xoşbəxt etdiyini də bilirlər. Mən hər iki oğluma onları vəsiyyətimdən çıxardığımı deyəndə bunu problem etmədilər" deyən mühasib itinin it geyimləri ilə dolu otağının da olduğunu bildirib.





















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR